<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Qaranlıq gecədə, bağlı qapını İL324</title>
<lyrics>[V1]
 Qaranlıq gecədə, bağlı qapını
 Hey dayanmadan kim isə döyür.
 Səs verən yoxdur, yorğun əllərlə
 Qapını yenə də kim isə döyür.

[C1]
   Bu, Xilaskardır, durub qapıda,
   Məsum və həlim, qapını döyür.
   Sənə kömək üçün, şəfa vermək üçün
   Ürək qapısını hey döyür, döyür.

[V2]
 Ürək doludur qəm ,qüssə ilə,
 Kimsə yenə gəlib qapını döyür.
 Ümid işığı sönmüş bir evin
 Kəndarında durub qapını döyür.

[V3]
 Ürəyi üzür vicdanın səsi -
 Kimsə qapıdadır, qapını döyür.
 Kimisə köməyə çağırırıq biz,
 Məsih qapıdadır, qapını döyür.

[C2]
   Qapını döyən səs hey güclənir,
   Kimsə dayanmadan qapını döyür.
   Günahlı ürək, tövbəyə tələs,
   Qapı döyülür, açmağa tələs.
   Bu, Xilaskardır durub qapıda,
   Onu qəbul edib xilasa tələs.</lyrics>
<hymn_number>324</hymn_number>
</song>